Dünya

Polyaklar gənc ukraynalı kişiləri görəndə... - Nazir

25 Aprel 2024 07:59
Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşa hərbi çağırış yaşında olan ukraynalı kişiləri ölkəsinə qaytarmağa kömək edə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

"Düşünürəm ki, bir çox polyaklar otellərdə və kafelərdə gənc ukraynalı kişiləri görəndə və Ukraynaya kömək etmək üçün nə qədər səy göstərməli olduğumuzu eşidəndə qəzəblənirlər", - deyə nazir bildirib.

Qeyd edək ki, Ukrayna hökuməti hərbi çağırış yaşında olan kişilərə pasportların xarici diplomatik missiyalarda deyil, yalnız ölkə daxilində verilə biləcəyi qaydalarını açıqlayıb.

Nəticədə xaricdə yaşayan 18-59 yaş arası ukraynalı kişilər pasportlarını yeniləyə və yeni pasport ala bilməyəcəklər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.