Dünya

Hind bayramı niyə Ginnesin Rekordlar Kitabına salındı? - Sərvət ilahəsi...

23 Aprel 2024 07:19
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin 12 noyabr tarixində keçirilən Hindistanın əsas bayramı Divali Ginnesin Rekordlar Kitabına salınıb.

Milli.Az bildirir ki, lent.az-ın xəbərinə görə, həmin gün 2,2 milyondan çox yağ lampası yandırılıb.

Bundan əlavə, çıraqlar şəhərin 50-dən çox yerində yandırılıb. Hinduların inancına görə, həmin yerlər  tanrı Ramın doğulduğu yerlərdir...

2022-ci illə müqayisədə yanan lampaların sayı 700 min ədəd artıb. Kiçik yağ lampaları  bayramda küçələri bəzəmək üçün istifadə olunur.

Bu lampalardan yayılan işığın sərvət ilahəsi Lakşminin diqqətini cəlb etməsinə və il boyu şər ruhları qovacağına inanılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.