Dünya

Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı

19 Aprel 2024 23:15
Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərbənd şəhərində kafedə naməlum şəxs insanlara atəş açıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, həmin şəxs əvvəlcə kafedə əyləşib, biri ilə söhbət etdikdən sonra çölə qaçıb və oradan kafedə olanlara atəş açmağa başlayıb, daha sonra ərazidən uzaqlaşıb.

Atışmada 38 yaşlı bir nəfər xəsarət alıb.

Rusiya DİN-in məlumatına görə, hadisə travmatik tapança ilə törədilib. Hazırda axtarışlar aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.