Dünya

İranın İsrailə hücumu qızılın qiymətinə təsir etdi

15 Aprel 2024 14:11
Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın İsrailə hücumu fonunda qızılın dünya qiymətlərinin səviyyəsi artıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Nyu-Yorkun "Comex" birjasının nəticələrindən məlum olub.

Məlumata görə, qızılın qiyməti 1% artaraq troya unsiyası üçün 2,4 min dollara yaxınlaşır.

İyun ayı qızıl füçersləri 25,3 ABŞ dolları və ya 1,08% bahalaşaraq bir troya unsiyası üçün 2 385,25 dollar olub. Gümüşün may füçersləri 1,48% artaraq bir unsiya üçün 28,385 dollar olub.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və  "yer-yer" sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.