Dünya

Quterreş İranın İsrailə hücumunu pislədi

14 Aprel 2024 09:08
Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın İsrailə hücumunu pisləyir və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

"Bu axşam İran İslam Respublikasının İsrailə qarşı həyata keçirdiyi genişmiqyaslı hücumun yaratdığı ciddi eskalasiyanı qətiyyətlə pisləyirəm. Bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram. Mən regionda dağıdıcı eskalasiyanın real təhlükəsindən dərin təşvişə düşürəm. Mən bütün tərəfləri Yaxın Şərqdə müxtəlif cəbhələrdə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıram", - deyə qedyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.