Dünya

Bayden Rusiya-Ukrayna müharibəsinin bitəcəyi tarixi açıqladı

11 Aprel 2024 11:50
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya-Ukrayna müharibəsi ABŞ Konqresinin Kiyevə yeni dəstəyin verilməsinə səs verdikdən sonra sona çatacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bu şərtləri Yaponiyanın baş naziri Fumio Kisida ilə keçirdiyi mətbuat konfransında açıqlayıb.

O, əksər demokratlar və respublikaçılar arasında Ukraynaya böyük dəstək olduğunu qeyd edib. "Ukraynadakı müharibə Nümayəndələr Palatasının lideri səsverməyə icazə verdikdə bitəcək. Səsvermə indi keçirilməlidir", - ABŞ lideri bildirib.

Baydenlə Kisida birgə bəyanatlarında ABŞ və Yaponiyanın Rusiyaya qarşı sərt sanksiyaları davam etdirmək və Ukraynaya davamlı dəstək vermək niyyətində olduqlarını bildiriblər.

Bundan əvvəl ABŞ-nin "JPMorgan Chase" bankının baş direktoru Ceymi Dimon bildirib ki, Konqresin Nümayəndələr Palatasının konqresmenləri partiyalararası fikir ayrılıqlarını aradan qaldırmalı və Ukraynaya yardımla bağlı razılığa gəlməlidirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.