Malayziyada corab üzərindəki yazı qalmaqal yaratdı, kral işə qarışdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Malayziya kralı İbrahim İsmayıl mağazalardan birində satışda üzərində "Allah" yazılmış bir neçə cüt corab aşkar edildikdən sonra həmin marketlər şəbəkəsini qınayıb və məsələni araşdırmağa çağırıb.
"Bunun qəsdən edilib-edilməməsindən, məhsulun xaricdən gətirilməsindən və ya yerli fabrikdə istehsal olunmasından asılı olmayaraq, mən hüquq-mühafizə orqanlarının araşdırma aparmasını və mövcud qanunlara uyğun ciddi tədbirlər görməsini istəyirəm", - deyə kral "Facebook" sosial şəbəkəsində yazıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, şirkətin bu cür məsələlərə həssas yanaşmamasını absurd adlandırıb.
"Biz uzun müddət plüralist ölkədə yaşayırıq. Dini və irqi mövzularda bu cür səhvlərə yol verilə bilməz", - Əlahəzrət bildirib.
Qeyd edək ki, yerli "KK Super Mart" şəbəkəsinin mağazalarından birində üzərində "Allah" yazısı olan corablar satılıb. Corabların fotoları sosial mediada yayıldıqdan sonra bu, ictimaiyyətin qəzəbinə səbəb olub.
Bəzi müsəlmanlar, xüsusən də corabların satışı Ramazan ayında baş verdiyi üçün, hadisəni təhqiramiz hesab ediblər,
"KK Super Mart" ölkə sakinlərindən və bütün müsəlmanlardan üzr istəyib.
"Biz bu məsələyə ciddi yanaşırıq. Sözügedən corabların satışının dayandırılması üçün dərhal tədbirlər görülüb", - deyə şirkətdən bildirilib. Həmçinin vurğulanıb ki, mağazada bu corablardan cəmi beş cüt olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Nepalda iki turist helikopteri toqquşdu
-
Kremlin saatı 10 gün işləməyəcək
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Alen Simonyan İrəvan meri olmaq istəyir - Avinyana rəqib çıxdı
XƏBƏR LENTİ
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var





