Dünya

Ermənistanın əksər bankları “Mir” kartlarına xidmət göstərməyəcək

19 Mart 2024 08:26
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Mir" ödəniş sisteminin kartları 2024-cü il martın 30-dan Ermənistanda əksər bankların bankomat və POS terminallarında işləməyəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə RBC-yə Ermənistan VTB-nin adı açıqlanmayan nümayəndəsi bildirib.

O qeyd edib ki, istisna VTB Ermənistan bankının (Rusiya VTB-nin törəmə müəssisəsi - Qeyd) infrastrukturu olacaq. İndi Mir kartları Ermənistanda işləyir və yerli banklar tərəfindən qəbul edilir.

"Biz dost ölkələrlə öz infrastrukturlarında Mir kartlarını qəbul etmək üçün işləməyə davam edirik. Eyni zamanda, hər bir ölkə bu kartların qəbulu ilə bağlı qərarını müstəqil qəbul edir", - Rusiya Bankının nümayəndəsi bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.