Dünya

Bu ölkədə Ramazana görə iş saatı qısaldıldı

13 Mart 2024 16:23
Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BƏƏ-də İnsan Resursları və Əmirlik Nazirliyi Ramazan ayı ərzində iş vaxtını 2 saat qısaltmaq qərarına gəlib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, ölkədəki şirkətlər də Ramazan ayı ərzində gündəlik iş saatları daxilində və işin xüsusiyyətinə uyğun olaraq çevik və ya uzaqdan iş qrafiklərinə riayət etmək imkanı əldə edəcəklər.

İş saatlarının tənzimlənməsi həm oruc tutan, həm də oruc tutmayan işçilərə tətbiq edilərək, onların Ramazan ayında mənəvi fəaliyyətlərdə və mədəni təcrübələrdə iştirakını asanlaşdıracaq.

Nazirlik bildirib ki, Ramazan ayı ərzində bütün nazirliklər və federal qurumlar bazar ertəsindən cümə axşamına kimi səhər saat 09.00-dan günorta 14.30-a kimi işləyəcək. Cümə günləri, işin mahiyyəti başqa hal nəzərdə tutulmadıqda, iş vaxtı səhər saat 09.00-dan günorta 12.00-a kimi olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.