Dünya

Ramazan bayramı ərəfəsində 700-dən çox məhbusu əfv etdi

8 Mart 2024 10:44
Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu il martın 10-da başlayan müsəlmanların müqəddəs Ramazan ayı ərəfəsində 700-dən çox məhkumu əfv edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Əmirliklərin WAM agentliyi məlumat yayıb.

Prezident ölkənin penitensiar müəssisələrindən 735 məhbusun azadlığa buraxılması barədə göstəriş verib. Agentlik onu da qeyd edib ki, dövlət başçısı əfv olunan şəxslərin dövlət qarşısında maliyyə öhdəliklərini ödəyəcəyini vəd edib.

Müsəlman Qəməri təqviminə görə, 2024-cü ildə Ramazan ayı martın 10-da, Günəş batarkən başlayacaq və aprelin 9-dək davam edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.