Dünya

Fransa hökuməti Korsikada gözlənilən aksiyadan narahat olub – adaya təcili əlavə qüvvələr göndərilir

1 Mart 2024 22:15
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk xəbər 20:02-də verilib, sonuncu abzas xəbərə əlavə olunub

Fransa hökuməti Korsikada gözlənilən aksiyadan narahat olaraq, xüsusi statusu olan adaya əlavə qüvvələr göndərir.

Milli.Az report-a istinadən xəbər verir ki, sabah Korsikada Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçiriləcək.

Təqdim edilən foto Parisdə "Şarl de Qoll" hava limanında çəkilib. Fotodan göründüyü kimi, xüsusi xidmət orqanlarının əməkdaşları təcili Korsikaya göndərilir.

Baş verənlərdən belə nəticə çıxarmaq olar ki, Fransa hökuməti təlaşa düşüb və Korsika ərazisinə əlavə qüvvələr səfərbər edir.

Qeyd edək ki, sabah "Nazione" hərəkatının liderlərindən birinin bir neçə il öncə həbsdə ona olan hücum nəticəsində ölümünün ildönümünə həsr edilən iclas keçiriləcək, ardınca isə etiraz aksiyası gözlənilir.

Əldə etdiyimiz məlumata görə, Korsikada hava limanında pasport yoxlanışı tətbiq edilir. Qeyd edək ki, əvvəl belə yoxlanışlar olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.