Dünya

Rusiyada kütləvi aksiyalar: saxlanılanlar var

25 Fevral 2024 20:05
Baxış: 1 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 24-də Rusiyanın müxtəlif şəhərlərində Ukraynadakı müharibə əleyhinə keçirilən etiraz aksiyalarında azı 52 nəfər saxlanılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Saxlanılanlar arasında Aleksey Navalnının xatirəsinə keçirilən aksiyaların iştirakçıları, müharibə əleyhdarı fəallar, səfərbər edilmiş insanların arvadları, aksiyaları iştirakçıları və həbsxanalarda işgəncələrə qarşı çıxış edənlər olub. Ən çox həbs (15 nəfər) Moskvada, daha sonra (10 nəfər) Yekaterinburqda, ardınca isə(5 nəfər) Ufada qeydə alınıb. Onlardan 9-nun telefonları ələ keçirilib. 8 nəfər protokol tərtib edilərək sərbəst buraxılıb, 5 nəfər isə bir gecə saxlanılıb. Üç nəfərə xəbərdarlıq edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.