Dünya

Misir Qəzzada məcburi köçkünlər üçün düşərgələr qurur

25 Fevral 2024 06:33
Baxış: 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misir tezliklə Qəzza zolağında məcburi köçkünlər üçün iki xüsusi düşərgə tikəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Misir hakimiyyəti artıq Qəzzanın cənubunda Xan-Yunis şəhəri yaxınlığında məcburi köçkünlər üçün düşərgə tikintisinə başlayıb.

Daha bir çadır şəhərciyi Der əl-Bəlahın şimalında tikiləcək.

Xan-Yunis yaxınlığındakı düşərgə 4 minə qədər köçkünü qəbul edə biləcək və yaxın bir həftə ərzində tam hazır olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.