Baliyə giriş pullu odu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İndoneziya hakimiyyəti bu günündən etibarən Baliyə gələn xarici turistlərdən 150,000 İndoneziya rupisi (təxminən 10 ABŞ dolları - Qeyd) məbləğində əlavə rüsum alacaq.
Milli.Az report-a istinadən xəbər verir ki, oxşar tələblər Bali ilə qonşu olan Nusa-Penida, Nusa-Lembonqan və Nusa-Çeninqan kiçik adalarına səyahət üçün də keçərlidir.
İndoneziyanın digər bölgələrindən daxili reyslər və ya bərə ilə gələn turistlər də vergi ödəməlidirlər. Ödəniş uşaqlar da daxil olmaqla, səyahət edənlərin bütün yaş kateqoriyalarına aiddir.
Lakin bir neçə viza kateqoriyası 10 dolardan azaddır. Belə ki, diplomatik, rəsmi nümayəndə heyətlərinin nümayəndələri, ekipaj üzvləri, müvəqqəti və ya daimi yaşayış icazəsi olanlar, ailə birləşməsi vizaları, "qızıl" vizalar, tələbə vizaları və iş vizaları ilə Baliyə daxil olanlar üçün ödəniş tələb olunmur.
Üstəlik, Baliyə səyahət etməzdən əvvəl, sadalanan insanların bütün kateqoriyaları əvvəlcədən vergidən azad olmaq üçün onlayn ərizə təqdim etməlidirlər.
Həmçinin İndoneziya vətəndaşları və İndoneziya ilə yanaşı Bruney, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippinin də daxil olduğu Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası rüsum ödəməkdən azaddırlar.
Baliyə gələn turistlərin sayını nəzərə alsaq, hakimiyyət hər gün təxminən 180 min dollar qazanacaq.
2023-cü ildə təxminən 11 milyon əcnəbi turist Balini ziyarət edib. 2024-cü ildə səlahiyyətlilər turist axınının daha da artacağını və 14 milyon nəfərə çatacağını proqnozlaşdırırlar.
Rüsumu gəliş yerində - Nqurah Rai Beynəlxalq Hava Limanında və ya Benoa limanında ödəyə bilərsiniz. Bununla belə, İndoneziya hakimiyyəti bunu Love Bali portalı vasitəsilə əvvəlcədən etməyi tövsiyə edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hanoy küçələri bayraqlarımızla bəzədildi - (Video)
-
Fransada antisemitizm təhlükəsi böyüyür - Yəhudilər ölkədən köçməyə hazırlaşır
-
Trampı “Qiyamət günü” təyyarəsi müşayiət edib
-
İlk müsəlman senator: "Vəzifəmin icrasına Qurani-Kərimə and içərək başlayacağam"
-
Papaq taxıb həbsxanadan piyada çıxdı: məhkum hər yerdə axtarılır
-
Tarixin ilk veb-kamerası: Kembricdə qəhvə dəmliyinə görə quraşdırılan sistem
XƏBƏR LENTİ
-
Hanoy küçələri bayraqlarımızla bəzədildi - (Video)
-
Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv oldu
-
Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək
-
Elman Əhmədov vəfat etdi
-
“Param Yok Pulum Yok”un məşhur əkizləri illər sonra üzə çıxdı
-
Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik
-
Xalq artisti: “Qızım üçün tiktoker də olaram” (Video)
-
Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
-
Hava ilə bağlı son məlumat
-
Ağdam yeni inkişaf mərhələsindədir - Kamaləddin Qafarov
-
Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - (Foto)
-
Seda Sayan: “Bacımın ərinin xəyanət etdiyi qadını tapıb evə gətirdim"
-
Azərbaycan nefti bahalaşdı
-
“Atlant”ın rəhbəri vəfat etdi
-
Fransada antisemitizm təhlükəsi böyüyür - Yəhudilər ölkədən köçməyə hazırlaşır
-
Karles Puyola vəzifə verildi
-
Trampı “Qiyamət günü” təyyarəsi müşayiət edib
-
Bakı–Balakən qatarının hərəkəti bərpa edilir
-
Məşhur türk serialı final edir - Tarix açıqlandı
-
Göyçayda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var
-
"Real" Tçuameni ilə bağlı qərarını verdi
-
İlk müsəlman senator: "Vəzifəmin icrasına Qurani-Kərimə and içərək başlayacağam"
-
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - (Foto)
-
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir - (Foto)





