Dünya

ABŞ İraq və Suriyada vurulan hədəflərin sayını AÇIQLADI

5 Fevral 2024 08:25
Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ İraq və Suriyada endirdiyi zərbələr zamanı 85 hədəfdən 84-nü vurub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə CNN Pentaqonun ilkin təhlilinə istinadla məlumat yayıb.

Kanalın məlumatına görə, 84 hədəf məhv edilib və ya funksional olaraq zədələnib.

Fevralın 3-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İraq və Suriyada 85-dən çox hədəfə zərbələr endirib. Bu, İordaniyadakı ABŞ hərbi bazasına pilotsuz təyyarə hücumuna cavab olub. Zərbələr pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara endirilib.

Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın İordaniyadakı Amerika bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə endirdiyi zərbələrin cavabın yalnız başlanğıcı olduğunu bildirib.

Yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədindəki Amerika hərbi bazasına hücum edib. CNN-in qeyd etdiyi kimi, Qəzzada müharibə başlayandan bəri ilk dəfədir ki, ABŞ Silahlı Qüvvələri düşmənin atəşindən sonra şəxsi heyət itkisinə məruz qalır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.