Dünya

İsrail hərbçiləri Livanın cənubundakı “Hizbullah” mövqelərini atəşə tutub

4 Fevral 2024 21:38
Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail qüvvələri Livanın cənubundakı "Hizbullah" mövqelərini atəşə tutub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Times of İsrael" İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

"İsrail qırıcılarının Blida və Meys əl-Cəbəl şəhərlərində vurduğu hədəflər arasında "Hizbullah"ın raket buraxılış və müşahidə məntəqəsi olub", - məlumatda deyilir.

Blidadakı "Hizbullah" mövqeləri tanklardan da atəşə tutulub.

Bundan əvvəl Livan ərazisindən Kiryat Şmona şəhərinə bir neçə raket atıldığı barədə xəbərlər yayılıb. Onların bir hissəsi "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib, qalanları isə açıq ərazilərə düşüb. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.