Dünya

BMT ABŞ-ın İraq və Suriyaya hava zərbələri endirməsindən narahatdır

3 Fevral 2024 23:10
Baxış: 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-ın İraq və Suriyaya endirdiyi hava zərbələrindən sonra Yaxın Şərqdə münaqişənin mümkün kəskinləşməsindən ehtiyat edir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu sözləri dünya təşkilatının rəhbərinin nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Quterreş münaqişənin bütün tərəflərini beynəlxalq gərginliyi azaltmaq üçün səy göstərməyə çağırıb.

"Baş katib eskalasiya risklərindən narahatdır. O, bütün tərəfləri gərginliyi azaltmaq üçün konkret tədbirlər görməyə çağırır".

BMT rəhbəri həmçinin münaqişənin genişlənəcəyi təqdirdə mümkün insan və iqtisadi itkiləri nəzərə almağa çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.