Dünya

Şərqi Türküstanda güclü zəlzələ olub

30 Yanvar 2024 07:15
Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Şərqi Türküstan regionu kimi tanınan Sincan-Uyğur Muxtar Rayonunda 5,8 maqnitudalı zəlzələ olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.

Verilənlərə görə, yeraltı təkanların episentri Çinin Ağsu qəzasından 125 km qərbdə, Qazaxıstanın Almatı şəhərindən isə 276 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, sonuncu dəfə sözügedən bölgədə bir neçə nəfərin ölümü ilə nəticələnmiş güclü zəlzələ yanvarın 23-də olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.