Dünya

Cenevrədə azərbaycanlılar etiraz aksiyası keçirirlər - VİDEO - FOTO

27 Yanvar 2024 18:24
Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Cenevrə şəhərində azərbaycanlılar etiraz aksiyası keçirirlər.

Milli.Az report-a istinadən xəbər verir ki, azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız Millətlər Təşkilatının Cenevrə ofisinin qarşısına toplaşıblar. Aksiya iştirakçılarının məqsədi Avropa ictimaiyyətinə Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar etməkdir. Aksiya çərçivəsində "Mina sahəsi" adlı təlimlər keçirilir və sakinlərə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanmasına dair ətraflı məlumat verən flayerlər paylanılır.

Aksiya erməni təşkilatlarının keçirdikləri ümumavropa aksiyasında yaydıqları yalan məlumatların qarşısını almaq məqsədilə keçirilən silsilə tədbirlərdəndir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.