Dünya

Fidan Böyük Britaniyanın XİN başçısı ilə Qəzzadakı son vəziyyəti müzakirə etdi

13 Yanvar 2024 06:36
Baxış: 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Qeyd olunnub ki, türkiyəli nazir Ədən körfəzindəki gərginliyin azaldılmasına diqqət çəkib, ölkəsinin bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduğunu bildirib.

Bundan əlavə, Qəzzadakı son vəziyyət də müzakirə olunub.

H.Fidan Qəzzada müharibə və fələstinlilərə qarşı zorakılıqların ən qısa zamanda sona çatmasının lazım olduğunu, gərginliyin artmasının regional təhlükəsizlik və beynəlxalq sabitlik üçün ciddi risk yaratdığını vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.