Dünya

Ərdoğandan Yəmənin bombalanmasına ilk reaksiya

12 Yanvar 2024 15:58
Baxış: 4 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb. Onlar təyyarələrdən, gəmilərdən və sualtı qayıqlardan atılan raketlərlə Yəmən husilərinə hücum ediblər. Nəticədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Britaniyanın Yəməni bombalaması barədə açıqlama verib. Cümə namazından çıxarkən sualları cavablandıran ölkə başçısı bildirib ki, Qırmızı dənizi qan gölünə çevirmək istəyirlər.

ABŞ və Britaniya Yəməni bombalayır: Yaxın Şərq qana boğulub - VİDEO

"Güc nisbəti düzgün deyil. İngiltərə hər zaman ABŞ ilə birlikdə addım atıb. Görünür Qırmızı dənizi qan gölünə çevirmək istəyirlər. İran isə belə bir vəziyyətdə özünü necə müdafiə edəcəyini düşünür. Husilər çox yaxşı müdafiə olunurlar", - o qeyd edib.

İslam
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.