Dünya

Pentaqon sözçüsü: Rusiya Ukraynada xarici silahların oğurlanması ilə bağlı dezinformasiya yayır

12 Yanvar 2024 08:22
Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya davamlı olaraq Ukraynada xarici silahların oğurlanması hallarının qeydə alındığı barədə dezinformasiya yaymağa çalışır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder videobrifinq zamanı deyib.

"Bu gün ABŞ-dan Ukraynaya ötürülən silahların səhv əllərə keçə biləcəyinə dair heç bir etibarlı sübut yoxdur", - Pentaqonun spikeri bildirib.

Onun sözlərinə görə, Rusiya müxtəlif informasiya kanalları vasitəsilə daim dezinformasiya yaymağa çalışır.

"Amma fakt odur ki, biz ukraynalıların döyüş meydanında onlara verilən silahlardan səmərəli istifadə etdiklərini görürük", - Rayder vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.