Dünya

İnsanlar bu tarixdən etibarən başqa planetlərə köçə biləcəklər

11 Yanvar 2024 03:01
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nikolay Kardaşevin nəzəriyyəsinə əsaslanan araşdırma 2 371-ci ilə qədər bəşəriyyətin Kardaşev şkalası üzrə sivilizasiyanın birinci səviyyəsinə çata biləcəyini göstərir. Bu səviyyə o deməkdir ki, planet sivilizasiyası öz planetindəki bütün növ enerjidən, o cümlədən Günəşin enerjisindən tam istifadə edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu nəzəriyyəyə görə, inkişafın bu mərhələsində bəşəriyyət günəş enerjisindən "ulduzlararası səyahət" imkanı üçün istifadə edə biləcək.

Alimlər həmçinin öz tədqiqatlarına Karl Saqanın qalıq yanacaq, nüvə enerjisi və bərpa olunan enerji mənbələrinin istehlakını qiymətləndirmək üçün düsturuna əsaslanan modeli daxil ediblər. Eyni zamanda, onlar BMT və Beynəlxalq Enerji Agentliyinin müəyyən etdiyi ekoloji məhdudiyyətləri nəzərə alıblar.

Alimlərin proqnozu göstərir ki, iki yüz ildən sonra bəşər sivilizasiyası ilk inkişaf səviyyəsinə çatacaq və bu, planeti tərk edib başqalarına köçmək üçün əsas olacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.