Dünya

“İranda baş vermiş partlayışlarda ABŞ və İsrailin əli yoxdur”

4 Yanvar 2024 09:22
Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti İranda baş vermiş partlayışlarda ABŞ və İsrailin əli olmadığını açıqlayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında baş verən partlayışlara görə İsrailin məsuliyyət daşıması üçün heç bir səbəb görmür: "ABŞ heç bir şəkildə bu işdə iştirak etmir. İkincisi, İsrailin partlayışlarda əli olduğuna inanmağa heç bir əsasımız yoxdur".

Qeyd edək ki, SEPAH generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. Həmçinin İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə gözlənilən səfəri təxirə salınıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.