Dünya

NATO Ukraynanın tələbi ilə təcili iclas keçirəcək

4 Yanvar 2024 07:15
Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO Ukraynanın tələbi ilə təcili iclas keçirəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi teleqram kanalında məlumat yayıb.

Xarici işlər naziri Dmitro Kulebaya istinadən yayılan məlumatda deyilir ki, alyans ölkələri Kiyevin Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi ilə bağlı tələbini dəstəkləyib.

İclasda əsas müzakirə mövzularından biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq.

İclasın tarixi dəqiqləşdirilməyib.

Bundan əvvəl Ukrayna hərbi rəhbərliyinin müşaviri Nikolay Beleskov bəyan edib ki, Qərb müttəfiqləri tərəfindən Kiyevə kifayət qədər silah verilməməsi Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinə gətirib çıxarır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.