Dünya

Blinken Türkiyəyə səfər edəcək

3 Yanvar 2024 19:01
Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O, Blinkenin şənbə günü Türkiyədə olacağını deyib. Hakan Fidan səfərin təfərrüatlarını açıqlamayıb.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri regionda qüvvələr nisbəti dəyişməyə başladıqca, siyasi münasibətlərin də dəyişəcəyinə inandığını deyib: "Qəzzada baş verənlər Qərbin və avropalıların birdən-birə nüfuzlarını itirməsinə səbəb oldu. Onların Ukrayna-Rusiya məsələsindəki mövqeyinin əksinə olaraq, Qəzza məsələsindəki mövqeləri ikiüzlülüyün pik həddə çatdığı yerdir. Prinsiplərdən, fəzilətdən, əxlaqdan danışa bilməzlər. Onlara tamamilə məhəl qoymurlar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.