Dünya

İsraildə "Toni Bleyer" iddiası: Gizli səfərin ŞOK TƏFƏRRÜATLARI

1 Yanvar 2024 13:57
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail müharibə bitdikdən sonra Qəzza zolağından olan fələstinli qaçqınları qəbul etməyə Qərb ölkələrini razı salmaq üçün Britaniyanın keçmiş baş naziri Toni Bleyri vasitəçi kimi təyin etməyi planlaşdırır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu İsrailin "Kanal 12" telekanalı iddia edib. Bildirilir ki, Bleyer keçən həftə İsrailə gizli səfər edib, baş nazir Binyamin Netanyahu və Müharibə Kabinetinin üzvü Benny Qantz ilə bu mövzunu müzakirə etmək üçün görüşüb.

Görüş zamanı Qəzza zolağından didərgin salınmış fələstinlilərlə bağlı İsrail və Qərb ölkələri arasında vasitəçilik ideyasının gündəmə gəldiyi iddia edilib.

Digər tərəfdən, Bleyerə yaxın mənbə "Jerusalem Post" qəzetinə verdiyi açıqlamada bu xəbəri təkzib edib. Bleyerin fələstinlilərin didərgin salınmasında əli olması ilə bağlı iddiaların əsassız olduğunu bildirən mənbə, Bleyerin belə bir təklifi müzakirə etməyəcəyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.