Dünya

Qəzzada səkkiz mindən çox HƏMAS terrorçusu məhv edilib

31 Dekabr 2023 01:05
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatı bütün məqsədlərə çatana qədər çox aylar davam edəcək".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsrail əməliyyatlarda əhəmiyyətli uğur qazanıb, xüsusən də Qəzza zolağında səkkiz mindən çox HƏMAS terrorçusu məhv edilib:

"Qələbənin əldə edilməsi daha çox vaxt tələb edir. Müharibə hələ çox aylar davam edəcək. Mənim siyasətim aydındır - müharibənin bütün məqsədlərinə nail olunana qədər mübarizəni davam etdirmək. Biz HƏMAS-ın İsrail üçün daha təhlükə yaratmamasını təmin edəcəyik. Müharibə tam sürətlə gedir. Biz bütün cəbhələrdə vuruşuruq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.