Dünya

Qırğızıstan bu heyvanı milli rəmzi elan etdi

30 Dekabr 2023 14:08
Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qar bəbiri rəsmi olaraq Qırğızıstanın milli rəmzi elan edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Qırğızıstan Prezidenti Sadır Japarov "Qar bəbirinin Qırğızıstan Respublikasının milli rəmzi kimi tanınması haqqında" fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə Qırğızıstanda qar bəbirinin milli rəmzinin statusunun tanınması, eləcə də onun sayının mühafizəsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb", - məlumatda qeyd olunub.

Bildirilib ki, qar bəbiri Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilib və 12 ölkədə nadir və ya nəsli kəsilməkdə olan növ statusuna malikdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.