Dünya

Türkiyənin altı hərbçisi şəhid oldu

23 Dekabr 2023 20:12
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 23-də İraqın şimalında - "Pəncə-Kilid" əməliyyatı bölgəsində - Türkiyə Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu şəhid olub, bir nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"23 dekabr 2023-cü il tarixində "Pəncə-Kilid" əməliyyatı bölgəsində baza ərazimizə sızmağa çalışan terrorçularla baş vermiş qarşıdurmada altı qəhrəman silahdaşımız şəhid olub, bir qəhrəman silahdaşımız isə yaralanıb.

İlkin məlumata görə, qarşıdurmada 13 terrorçu zərərsizləşdirilib. Bölgədə təmas davam edir. Müəyyən edilmiş hədəflərə qarşı ani hava əməliyyatları da həyata keçirilir", - məlumatda diqqətə çatdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.