Dünya

Məşhur futbolçu gecə klubunda güllələndi - FOTO

23 Dekabr 2023 15:06
Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Torino"nun sabiq futbolçusu Rozolino Selesiya İtaliyanın Palermo şəhərindəki gecə klublarından birində güllələnib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 22 yaşlı italiyalı xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.

Futbolçuya boyun və döş qəfəsindən üç dəfə atəş açılıb. Hadisə gecə klubunun tualetində baş verib. Polis cinayəti törətməkdə şübhəli bilinən biri 17, digəri 22 yaşında olan iki qardaşı saxlayıb.

Qeyd edək ki, Selesiya "Torino"nun gənclərdən ibarət klubunda oynayıb və ardınca karyerasını bitirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.