Dünya

"Praqadakı atışma terror aktı deyil"

22 Dekabr 2023 07:45
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Praqada Karlov Universitetinin fəlsəfə fakültəsində baş verən atışmanın terrorla əlaqəsi yoxdur.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

"Praqadakı universitetin fəlsəfə fakültəsində baş verən atışma terror aktı deyil və mütəşəkkil cinayətlə əlaqəsi yoxdur. Hazırda hadisə bir şəxsin işi kimi görünür", - Baş nazir bildirib.

Polis və təhlükəsizlik xidmətləri Baş naziri əmin ediblər ki, vəziyyətə tam nəzarəti həyata keçirirlər, vətəndaşları heç bir şey təhdid etmir.

Qeyd edək ki, dünən Praqada Karlo Universitetinin fəlsəfə fakültəsində baş verən atışma nəticəsində azı 15 nəfər ölüb, daha 24 nəfər yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory