Dünya

Ana bir zarafatı ilə qızını güldürüb komadan ayıltdı - FOTOlar

20 Dekabr 2023 06:42
Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da ana bir zarafatı ilə qızını güldürərək həyata qaytarıb.

Milli.Az lent.az-a istinadla bildirir ki, Miçiqan ştatının Niles şəhərinin sakini, 41 yaşlı Cennifer Fluellen 25 sentyabr 2017-ci ildə qəzaya uğrayıb. Həmin gün qadın üç oğlunu məktəbə buraxıb və işə gedərkən qəfildən elektrik dirəyinə çırpılıb. Bundan sonra amerikalı komaya düşüb və beş il huşsuz qalıb. Qadının anası Peqqi Mins bir gün oyanacağı ümidi ilə mütəmadi olaraq ona baş çəkib.

2022-ci ilin avqustunda Mins qızı ilə xəstəxana otağında ona zarafat etmək qərarına gəlib. Bu zaman o, Cenniferin güldüyünü eşidəndə şoka düşüb. Qadın qızının nəhayət komadan çıxdığını anlayıb. "O oyandı, amma tam deyil. Danışa bilmədi, amma başını tərpətdi", - Mins deyib.

Həkimlərin məyusedici proqnozlarına baxmayaraq, bir müddət sonra Fluellen güclənib və sağalmağa başlayıb. Hazırda o, oturub bəzi sözlər deyə bilir.

Gənc qızın dediyinə görə, anası üçün ömrünün beş ilini darıxdığını, övladlarının böyüməsini görmədiyini qəbul etmək çətin olub. Bununla belə, oğulları onunla keçmişdən danışmamağa və onu ruhlandırmağa çalışırlar. Anası isə inanır ki, qızı tezliklə yeriyə biləcək və uşaqlarla mümkün qədər çox vaxt keçirəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.