Dünya

Avropa Komissiyası “X” sosial şəbəkəsinə qarşı araşdırmaya başladı

19 Dekabr 2023 08:03
Baxış: 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyası "X" sosial şəbəkəsinə qarşı araşdırmaya başladığını elan edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, araşdırma ötən il Avropa İttifaqında qəbul edilmiş Rəqəmsal Xidmətlər Aktı çərçivəsində aparılır.

Bura "X"in qeyri-qanuni məzmunun silinməsi tələblərini pozub-pozmadığı, həmçinin şirkətin platformada manipulyasiya və dezinformasiya ilə mübarizədə kifayət qədər iş görüb-görmədiyi daxildir.

KİV-in məlumatına görə, araşdırma oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra aktuallıq qazanıb. Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton bildirib ki, sosial şəbəkə Yaxın Şərqdəki böhran şəraitində qeyri-qanuni məzmun və yalan məlumat yaymaq üçün istifadə olunur. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.