Dünya

Rusiya almazlarını almağa davam edəcəklər

17 Dekabr 2023 15:54
Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

G7 ölkələrinin Rusiya almazlarının idxalını məhdudlaşdırmaq qərarı Hindistanın onları almasına mane olmayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS Hindistanın Surat şəhərindən olan zərgərlik şirkətlərindən birinin yüksək vəzifəli əməkdaşına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, almaz kəsmə və zərgərlik istehsalı ilə məşğul olan Hindistan şirkətləri Rusiyanın kobud almazları ilə işləməyə davam edəcəklər:

"Tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, satınalma həcmi azalsa da, biz Rusiyanın kobud almazları ilə işi dayandırmadıq. Nəzərə almaq lazımdır ki, məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, bazara gələn bütün daşları yoxlamaq mümkün deyil və bu həqiqətən də lazım deyil"-deyə, mənbə vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.