Dünya

“Təslim olan Ukrayna hərbçilərinin sayı kəskin artıb” - Putin

16 Dekabr 2023 08:15
Baxış: 1 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, son vaxtlar təslim olan ukraynalı əsgərlərin sayı kəskin artıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o Duma fraksiyalarının liderləri ilə görüşündə deyib.

"Əsir kimi təslim olan Ukrayna hərbçilərinin sayı kəskin artıb", - Putin vurğulayıb.

O, həmçinin əsirlərin dəyişdirilməsi üzrə işlərin aparıldığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi dekabrın 9-dan dekabrın 15-dək Ukrayna Silahlı Qüvvələrinin 80-dən çox əsgərinin könüllü təslim olduğunu və ya Rusiya hərbçiləri tərəfindən əsir götürüldüyünü açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.