Dünya

AB-də fikirlər haçalandı: Ukrayna, Cənubi Qafqaz, yoxsa Türkiyə?

15 Dekabr 2023 23:00
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir sıra problemlər Ukraynanın Avropa Birliyinə (AB) qoşulmasının ən azı 2030-cu ilə qədər ləngiməsinə səbəb ola bilər. Mümkündür ki, Kiyev növbəti onilliyə qədər gözləsin.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazır.

Nəşr AB-nin Ukraynanın üzvlüyünə nə dərəcədə ciddi yanaşdığının da bir sual olduğunu bildirir.

"The Times"a görə, xərclərlə bağlı mübahisələr Ukraynanın AB-yə üzvlüyünün 186 milyard avro dəyərində qiymətləndirilməsi ilə müqayisədə xırda məsələlərdir. AB belə xərclərdən qaçmır. Əksər üzvlər gələcək büdcələr və ya genişlənmə kimi məsələlərdə veto hüquqlarını itirməkdən qorxurlar.

Eyni zamanda, AB-yə üzvlük həm taktiki, həm də geosiyasi xarakter daşıyır. Donald Trampın Ağ Evə mümkün qayıdışından əvvəl Qərbdə Ukraynanı gücləndirə biləcək dəyişiklik də istisna deyil. Keçmiş prezident Ukrayna ordusunu maliyyələşdirməyi dayandırmaq istədiyini açıq şəkildə bəyan edib.

"Ukrayna Avropanın geosiyasi sferasının bir hissəsidir. Eləcə də Qərbi Balkan, Türkiyə və Cənubi Qafqaz... Bu, başqa bir sual doğurur: Serbiya, Albaniya və Bosniyanı qəbul etmək zərurəti daha aktual olarkən, Ukrayna növbədən çıxarıla bilərmi?", - məqalədə deyilir.

Britaniya nəşri hesab edir ki, Ukrayna kimi böyük və strateji əhəmiyyətə malik bir ölkənin üzvlüyü AB-də köklü dəyişikliklərə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.