Dünya

İsrail HƏMAS-ı suda boğmağa başladı

13 Dekabr 2023 00:07
Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail ordusu Qəzza zolağında yeraltı tunellər sisteminə dəniz suyunu vurmağa başlayıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

İsrail ordusunun məlumatına görə , bu tunellər şəbəkəsi Fələstinin radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən istifadə olunur. Tunellərin su basması əməliyyatının bir neçə həftə çəkə biləcəyi dəqiqləşdirilir.

WSJ-nin məlumatına görə, bu, HƏMAS-ın infrastrukturunu məhv etməyə yönəlmiş üsullardan biridir.

Qeyd edək ki, dekabrın 11-də İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Qəzzanın şimalı "dönüş nöqtəsində"dir. O bildirib ki, HƏMAS-ın qalaları dağılmaq ərəfəsindədir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında HƏMAS və FƏTH-in ( Fələstin Milli Azadlıq Hərəkatı ) idarə etməsinə icazə verməyəcəyinə söz verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.