Dünya

Rusiya Ukraynaya ballistik raketlərlə hücum etdi

11 Dekabr 2023 23:23
Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiya ordusunun səhər saatlarında paytaxt Kiyevə ballistik raketlərlə hücuma keçdiyini açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın bu gecə "Şahed" model pilotsuz uçuş aparatları (PUA) ilə, səhər saatlarında isə ballistik raketlərlə Ukrayna ərazisinə hücum edib.

Açıqlamada, ümumilikdə 18 Rusiya PUA-nın aşkar edildiyi, əksəriyyətinin Mikolayiv bölgəsində olduğu və bütün PUA-ların məhv edildiyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.