Dünya

Zərbə ağır oldu - Rus ordusunun mövqeləri ələ keçirildi

26 Noyabr 2023 18:47
Baxış: 1 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya qoşunları Kupyan-Svatov- Kreminna xəttində hücumlarını davam etdirsələr də, təsdiqlənmiş nəticə əldə edə bilməyiblər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İnstitut Rusiya mənbələrinə istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələri Kupyandan 22 km cənub-şərqdə, Yaqidnı rayonunda əvvəllər itirilmiş mövqeləri azad edib.

Eyni zamanda, ruslar Baxmut istiqamətində Klişçivkadan şimal-şərqdə və Andrivkada dəmir yolu xətti yaxınlığında irəlilədiklərini iddia ediblər, amma ISW ​​bunun vizual təsdiqini tapmayıb.

Məlumata görə, Rusiya ordusu Avdiv ərazisində təsdiqlənmiş irəliləyiş əldə edib. Ruslar Krasnoqorivkadan şimala doğru irəliləyiblər. Eyni zamanda, Avdivdən 4 km şimal-qərbdə və Novokalinovı Stepovoyda irəlilədikləri də iddia olunurdu. Amma ISW ​​bu iddianı da təsdiqləməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.