Dünya

İsrail məktəbi vurdu - azı 30 ölü var

24 Noyabr 2023 07:03
Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəzza zolağının şimalındakı məktəb binası İsrail Hərbi Hava Qüvvələrinin raketi ilə vurulub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən bildirilib.

Məlumata görə, 30-dan çox insan ölüb.

Cəbaliya düşərgəsindəki Əbu Hüseyn məktəbi bir neçə min köçkün üçün sığınacaq rolunu oynayıb. Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşı telekanala bildirib ki, "Basqın zamanı binanın içərisində olan 30-dan çox insan həlak olub, daha 100 nəfər yaralanıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.