Dünya

Netanyahu: İran əvvəlki kimi deyil, güc balansı dəyişib

13 Mart 2026 17:26
Baxış: 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Baş naziri Benyamin Netanyahu İranın yeni Ali Rəhbəri Müctəba Xamenei və "Hizbullah"ın Baş katibi Naim Qasım barədə danışıb.

Milli.Az xəbər verir ki, Netanyahu mətbuat konfransında sürprizlərin olacağını bildirib və onlara "həyat sığortası" verməyəcəyini vurğulayıb.

Baş nazir qeyd edib ki, İran əvvəlki kimi deyil və Yaxın Şərqdə güc balansını dəyişən uğurlar əldə edilib. İsrail Tehranda hava zərbələri ilə rejimin devrilməsinə çalışacaq, lakin sakinlərin etiraza qalxacağına zəmanət yoxdur. Netanyahu həmçinin İsrailin hərbi əməliyyatlarda bir çox sürprizlərinin olduğunu deyib.

ABŞ lideri Donald Trump isə bildirib ki, İranla bağlı vəziyyət sürətlə inkişaf edir. Tramp əlavə edib ki, ordusu misilsizdir və terror və nifrətə qarşı tədbirlər görülür, hətta 47 ildə edilməli olan işləri indi həyata keçirirlər.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.