Dünya

Dünyanın ən sürətli interneti BU ÖLKƏDƏDİR

14 Noyabr 2023 20:06
Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin saniyədə 1,2 Terabit məlumat ötürmə sürətini təmin edən yeni fiber-optik internet kabelini istifadəyə verib. Bu, bir saniyədə 150 ​​HD filmin ötürülməsinə bərabərdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, uzunluğu üç min km-dən çox olan kabel Çinin üç böyük şəhərlərini birləşdirir: Pekin, Uhan və Quançjou. O, 2023-cü ilin iyul ayında şəbəkəyə qoşulub və bütün sınaqlardan uğurla keçərək tam fəaliyyətə başlayıb. Layihəni Çinin aparıcı təşkilatları, o cümlədən Tsinhua Universiteti, "China Mobile", "Huawei Technologies" və "Cernet Corporation" icra edib.

Qeyd olunur ki, Çin kabeli amerikalı rəqiblərindən on dəfəyə qədər sürətlidir. O, həmçinin ekspertlərin 2025-ci ildən tez məlumat ötürmə sürətinin saniyədə bir Terabitdən artıq olmayacağına dair proqnozlarına baxmayaraq bu işi iki il qabaq reallaşdıra biliblər.

Kabel Çinin "Cernet" layihəsinin bir hissəsidir və ölkənin təhsil və elm mərkəzləri arasında yüksəksürətli internet əlaqələrinin yaradılmasına yönəlib. Layihənin özəlliyi ondan ibarətdir ki, kabel üçün bütün proqram təminatı və avadanlıqlar Çində hazırlanıb və istehsal edilib ki, bu da onun xarici şirkətlərdən müstəqilliyini artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.