Dünya

Ərdoğanla Putin saatlar ərzində... - Peskov

13 Noyabr 2023 16:01
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbət hələ Rusiya Prezidenti Vladimir Putinin cədvəlində yoxdur. Lakin bu cür ünsiyyət adətən saatlar ərzində razılaşdırılır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezidentin cədvəlində hələ belə bir söhbət yoxdur. Amma bizimlə Türkiyə arasında ən yüksək səviyyədə danışıqlar sözün əsl mənasında saatlar ərzində əlaqələndirilir, ona görə də burada heç bir problem yaranmayacaq", - o bildirib.

Peskov qeyd edib ki, bu cür danışıqların gündəliyi həmişə genişdir:

"Bu, Rusiya-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı çox geniş spektrli məsələlərlə bağlıdır".

Qeyd edək ki, "RİA Novosti" öz mənbələrinə istinadla Ərdoğanın bu gün Putinlə telefon danışığı aparacağı haqda məlumat yayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.