Dünya

"Hizbullah"dan ETİRAF: "İsrailə yarım ton ağırlığında..."

11 Noyabr 2023 21:11
Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hizbullah" yaraqlıları Livanın cənubundakı sərhəd bölgələrində İsraillə döyüşləri davam etdirəcək"

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu qruplaşmanın lideri Həsən Nəsrullah deyib.

"Biz sionist düşmənə qarşı bu müharibədə pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə etməyə başlamışıq. Bundan əlavə, yarım ton ağırlığında iri çaplı Burkan raketləri də İsrail ərazisinin dərinliklərində zərbələr üçün istifadə olunur", - Nəsrullah bəyan edib.

Bundan əvvəl Livanın şiə hərəkatı "Hizbullah" Livanla sərhəddə İsrail hərbçilərinin cəmləşdiyi yerə hücum etdiyini açıqlamışdı. Hərəkatın məlumatına görə, zərbələr Vadi Şumir, Tel Şaar və Badidə İsrail qüvvələrinin cəmləşdiyi əraziləri hədəf alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.