Türkiyə "ölüm xətti" qurur - Yaxın gələn məhv ediləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sahil müdafiə sistemləri son vaxtlar trendə çevrilib. Türkiyə daxili imkanları ilə inkişaf etdirdiyi "Barbaros" sahil müdafiə sistemi ilə düşmənə qarşı "ölüm xətti" qurmağa hazırlaşır.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, müharibə coğrafiyalarının artdığı bir dövrdə Türkiyənin öz imkanları ilə hazırladığı "Barbaros" sistemi kritik əhəmiyyət kəsb edir.
"TRT Haber" bildirir ki, Türkiyə Müdafiə Nazirliyinin ehtiyacları üçün ROKETSAN tərəfindən istehsal edilən "Barbaros" ölkəyə bir çox sahədə strateji üstünlük qazandıracaq.
Türkiyə kimi güclü dəniz donanmasına və geniş dəniz sərhədlərinə malik ölkələrin sahil müdafiə sistemlərinə üz tutduqlarını bildirən ekspertlər belə sistemlərin quru tipli freqatlara bərabər ola biləcəyinə diqqət çəkirlər. Mütəxəssislər gəmi əleyhinə raketlər, radar və sensorlarla təchiz edilmiş sahil müdafiə sistemlərinin sualtı gəmilərin hədəflərinə çevrilmə ehtimalını aradan qaldırdığını deyirlər.
Ekspertlər "Barbaros" sahil müdafiə sisteminin döyüş gəmilərini də dəstəklədiyini qeyd edirlər:
"Aralıq dənizi və Egey sahillərində bir "Barbaros" sahil müdafiə sistemi, dəniz kənarında bir döyüş gəmisi olmalıdır. Quruda sahil müdafiəsi və dənizdəki döyüş gəmiləri ilə mahiyyət etibarilə hər tərəfdə 250 kilometr uzunluğunda "ölüm üçbucağı" yarada bilərsiniz. Hətta onu iki döyüş gəmisi ilə dəstəkləmək, "ölüm xətti" qurmaq mümkündür. Bu əraziyə daxil olan düşmən qüvvələrinin sağ qalmaq şansı demək olar ki, yoxdur".
Yenə ROKETSAN-ın imzası olan "Çakır" raketinin tezliklə "Barbaros" sistemindən atılacağı, sistemin gələn il inventara girməsi gözlənilir.
Mənbələr "Barbaros"un Şimali Kipr Türk Cümhuriyyətində yerləşdiriləcəyini iddia edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO
-
"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?
-
Tanınmış vəkil vəfat etdi
-
“Muradı mən yoldan çıxardım”





