Dünya

Tramp: "Bayden altı yaşlı uşaq ağılındadır"

5 Noyabr 2023 20:18
Baxış: 2 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Co Bayden altı yaşlı uşaq ağılındadır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları ilə görüşü zamanı bildirib.

Siyasətçinin sözlərinə görə, dünya Baydenə gülür:

"Mən Baydenin bu yaşında ondan daha ağıllı olan altı yaşlı uşaqlarla rastlaşmışam".

Siyasətçi Co Baydeni korrupsioner və səriştəsiz adlandırıb.

Keçmiş prezident deyib ki, Çin və Rusiya rəhbərliyi ABŞ-nin başına gələnlərə inana bilmir.

"Ölkəmizə, prezidentimizə hörmət edirdilər, ona görə də biz təhlükəsiz idik. Çin bizimlə uşaq kimi danışır", - deyə Tramp narazılığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.