Dünya

Bayden fitili yandırdı: “Böyük İsrail” qurulur - XƏRİTƏ

21 Oktyabr 2023 16:53
Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden dünənki çıxışı ilə Yaxın Şərqdə savaşın fitilini alovlandırdı. Məqsəd Böyük Ortadogu Projesininin daha bir mərhələsini həyata keçirməkdir. Böyük Ortadogu Projesi Nil çayından Fərata kimi "Böyük İsrail dövlətini" qurmaqdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu iddianı politoloq, tanınmış jurnalist Ruslan Bəşirli irəli sürüb.

Onun sözlərinə görə, bu mərhələdə Şərqi Aralıq dənizi sahillərində yerləşən Qəzzanı tamamilə fələstinlilərdən təmizləmək, daha sonra isə Suriya və İraqda PKK terror təşkilatı üçün "Böyük Kürdüstan" qurma planı mövcuddur:

"ABS 20 min TİR silah-sursatı elə-belə PKK-ya peşkəş etməyib. Qurulması planlaşdırılan terror dövlətini ilk olaraq ABŞ və İsrail tanıyacaq. Təbii ki, plan baş tutarsa. Planın qarşısında öz ərazi bütövlüyü, eyni zamanda könül coğrafiyasini qorumaq istəyən Türkiyə və öz mənafelərini saxlamağa çalışan Rusiya var. Yəni Qəzzada baş verənlər birbaşa qardaşımız Türkiyəni təsirləndirir".

Politoloqun iddiasına görə, bu proses Türkiyə ilə İsrail qarşıdurmasına gətirib çıxara bilər:

"Bu qarşıdurma birbaşa və yaxud üçüncü qüvvələr vasitəsilə ola bilər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.