Fransalı hüquq müdafiəçiləri: Azərbaycan Qarabağdakı qanunsuz rejimin əməllərini üzə çıxarmalıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransanın "Vicdan azadlığı uğrunda assosiasiyaların koordinasiyası birliyi" hüquq-müdafiə təşkilatı 30 il ərzində Qarabağda mövcud olan qanunsuz rejimin erməniəsilli sakinlərin hüquqlarının kütləvi şəkildə pozulması faktlarının aşkarlanması ilə bağlı kampaniyanın başlanması ilə bağlı bəyanat yayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, müvafiq bəyanat təşkilatın saytında yerləşdirilib.
Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti həm Xocalı faciəsi qurbanları, həm də erməniəsilli sakinlərin iztirabları naminə ədaləti bərpa etməli, qanunsuz rejimin "rəhbərlər"ini cəzalandırmalıdır.
O da qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsinin bayrağını Xocalı şəhəri üzərində dalğalandırması qətliamın 613 günahsız qurbanı üçün tələb olunan ədalət hissini oyadır. Bu hiss Qarabağda qanunsuz rejimə rəhbərlik etmiş və Xocalı qətliamı kimi bir sıra hərbi cinayətlərdə əli olan keçmiş səhra komandirlərinin Bakıda dəmir barmaqlıqlar arxasında olduğu vaxtda daha da güclənir.
"Həqiqi barışığa nail olmaq üçün ədalətin təntənəsi və işğal illərində erməniəsilli sakinlərin pozulmuş hüquqlarının bərpası lazımdır. Bu baxımdan keçmiş səhra komandirlərinin məhkəməsi zamanı Azərbaycan da Qarabağın erməni əhalisinin hüquqlarının qanunsuz rejim tərəfindən pozulduğunun üzə çıxarılmasını təmin etməlidir", - bəyanatda vurğulanır.
Bildirilir ki, insan hüquqlarının pozulması ilə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə ötən ildən başlanmış "Qarabağda insan hüquqları üzrə maarifləndirmə kampaniyası" da fəaliyyətini davam etdirir.
Qeyd edək ki, fransız hüquq müdafiəçilərinin sözügedən bəyanatı 2020-ci ildən başlayaraq Azərbaycana qarşı qərəzli mövqeyi ilə gündəmdə olan Emmanuel Makrona qarşı cavabdır. Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında münaqişənin həllində guya ədalətli və tərəfsiz vasitəçi olmağa iddia edən Fransa Emmanuel Makronun prezidentliyi dövründə açıq-aşkar Ermənistanın işğalçılıq siyasətinə dəstək verdiyini bəyan edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Blogger iflas edən aviaşirkət üçün 22 mln dollar topladı
-
Robot qorxulu anlar yaşatdı - VİDEO
-
ABŞ-da 11 sentyabr faciəsini əks etdirən xalça narazılıq yaradıb - FOTO
-
ABŞ Hörmüz boğazındakı əməliyyatının təfərrüatlarını açıqladı
-
İstanbulda dəhşətli QƏTL: Qayınana gəlinini güllələdi - FOTOlar
-
Əsl vampirin sifəti BELƏ OLUB
XƏBƏR LENTİ
-
Polis 2 gün ərzində 95 cinayətin üstünü açdı
-
Blogger iflas edən aviaşirkət üçün 22 mln dollar topladı
-
Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ
-
Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə
-
Skuter istifadəçiləri bu xəbəri mütləq OXUSUN
-
Addainin yeni klubu BƏLLİ OLDU
-
Azərbaycanda pensiya ARTIRILIR? - 594 manatdan...
-
Niyə telefonu əlimizdən yerə qoya bilmirik? - SƏBƏB
-
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndəriləcək
-
"Armudu stəkanın dizaynını mən vermişəm"
-
79 nəfər zəhərləndi, 5 nəfər ÖLDÜ: KTM-dən STATİSTİKA
-
Qızıl almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR
-
Robot qorxulu anlar yaşatdı - VİDEO
-
Heyvan sığınacaqları ilə bağlı yeni QƏRAR
-
Prezident İlham Əliyev İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
-
ABŞ-da 11 sentyabr faciəsini əks etdirən xalça narazılıq yaradıb - FOTO
-
Azərbaycana yay bu tarixdə daxil OLACAQ
-
ABŞ Hörmüz boğazındakı əməliyyatının təfərrüatlarını açıqladı
-
Evliliyini qeyri-adi şəkildə AÇIQLADI - FOTO
-
Lerikdə ildırımın vurduğu gənc ÖLDÜ
-
Bələdiyyə sədrinin gəlini də TUTULDU
-
Avro bahalaşdı: Bazarda gözlənilməz dinamika
-
Bazarda rekord AZALMA - Neft kəskin ucuzlaşdı
-
İstanbulda dəhşətli QƏTL: Qayınana gəlinini güllələdi - FOTOlar





