Dünya

Kadırovdan İsrailə: Bu, sizə baha başa gələcək!

18 Oktyabr 2023 08:27
Baxış: 1 271
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail Fələstinlə münaqişənin kəskinləşməsini dayandırmalı və dünya müsəlmanlarını qisas almağa sövq etmədən öncə düşünməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

"İsrail rejimi Fələstinin tək olduğunu və onunla hər şey etməyin mümkün olduğunu düşünürsə, çox dərindən yanılır. İnsanları təxribata çəkməyin. Dünya müsəlmanlarını qıcıqlandırıb, onları cavab tədbirləri görməyə sövq etməyin. Bu sizə elə baha başa gələcək ki, tapdığınızdan min dəfə çox itirəcəksiniz. Tarixinizdəki ən böyük və ölümcül səhvlərdən birini etməzdən əvvəl düşünün", - deyə Kadırov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.